www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.11.2018

Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmanci ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qarşısının alınmasının, fiziki məhdudiyyətli insanların sağlamlığının bərpasının ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı nəticəsində respublikada bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi, bu sahədə infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində aparılan işləri diqqətə çatdırıb.
S.Babayev  əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sistemdə mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi, reabilitasiya sisteminin əlilliyi olan şəxslərin fəal həyata dönüşünə  təminat verə bilən istiqamətdə qurulması üçün aparılan islahatlar barədə məlumat verib. Nazir bu fəaliyyət müstəvisində ÜST ilə əməkdaşlığın önəmini vurğulayıb.
Xanım H.Harmanci təmsil etdiyi təşkilatın ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsinə istinad olunmaqla təkmil əsaslar üzərində qurulmasında dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.