www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
17.10.2018

Rumıniya ilə ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla  Rumıniya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün nümunəvi Saziş layihəsi hazırlanıb

Azərbaycanla  Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikasının Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri  Dan İanku ilə keçirdiyi görüşdə bildirib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar proqramı nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf tempinə malik olduğunu vurğulayıb. Əldə olunan nailiyyətlər, o cümlədən sosial sahədə qazanılmış uğurlar barədə səfirə məlumat verən nazir Azərbaycan Respublikasının Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib. O, diqqətə çatdırıb ki, qarşıdakı dövrdə də Komissiya səmərəli fəaliyyət göstərməklə, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin və elmi-texniki əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcək.

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində innovativ həllərin tətbiqi əsasında aparılan islahatlar barədə məlumat verən  S.Babayev yeni “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri də qeyd edib. Nazir iki ölkənin müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün nümunəvi Saziş layihəsinin hazırlandığını, geniş müstəvidə əməkdaşlq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını deyib.

D.İanku ölkəsinin ticarət-iqtisadi, elmi-texniki sahələrdə Azərbaycanla əməkadaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Səfir, eyni zamanda, əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması və getdikcə genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün müvafiq səylərin göstəriləcəyini bildirib.

Görüşdə Müştərək Komissiyanın gələcək fəaliyyəti, ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.