www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.09.2018

“Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı konfrans keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı aralıq konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspert qrupu iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhalinin səmərəli məşğulluğuna yönələn tədbirlərin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir müavini bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsi də yeni imkanlar yaradıb.
O, qeyd edib ki, layihənin icrasında Litva, Avstriya və İsveçin aidiyyəti qurumlarının timsalında Avropa məşğulluq xidmətlərinin qabaqcıl təcrübələrinin öyrənilməsi xüsusi önəm kəsb edir. M.Kərimli deyib ki, məşğulluq xidmətlərinin göstərilməsində müasir yanaşmanın tətbiqi nazirlik qarşısında duran ən vacib məsələlərdəndir.
Litva sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene əhalinin məşğulluğunun təmin edilməsi, bu sahədə aparılan dövlət siyasətinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan islahatların maraqla qarşılandığını deyib.
Konfransda “DOST” Agentliyində məşğulluq xidmətlərinin yeni modelinə dair tövsiyələr”, “Avropa İttifaqının ən yaxşı təcrübələri və “DOST” nöqteyi nəzərindən Dövlət Məşğulluq Xidmətinin yeni modelinə dair təkliflər”, Peşə məsləhətinin keçirilməsində məşğulluq xidmətinin rolu və vəzifələri”, “Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri və Azərbaycanda məşğulluq xidmətinin yeni modelinə dair tövsiyələr”, “Əlilliyi olan şəxslərin peşə reabilitasiyasının təşkili məsələsində İsveç təcrübəsi, “Yaşıl kənd”, “Kənd yerlərində özünüməşğulluğun təşkili üçün yeni konsepsiya” və s. mövzularda təqdimatlar olub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.