www.mlspp.gov.az
Azərbaycanca   English 21.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
26.09.2018

Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizdə böyük nüfuza sahibdir və yarandığı gündən ölkə ictimai siyasi həyatında əhəmiyyətli dəyişikliklər edib, şərəfli bir yol qət edib. Nazir ictimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini qeyd edib.

S.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və ictimai nüfuzuna görə ona bərabər mövqedə duran digər bir partiya mövcud deyil. Nazir ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri İlham Əliyevin fəaliyyəti dövründə partiyanın nüfuzunun daha da yüksəldiyini qeyd edib.

Nazir bildirib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gənc əməkdaşları buna əyani nümunədir. S.Babayev YAP sıralarına qəbul olunmaq üçün ərizə verən əməkdaşların ölkənin ictimai siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Anar Əliyev bildirib ki, hazırda nazirliyin ümumilikdə 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə verib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.