www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
15.09.2018

Ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ali məktəblərə daxil olmuş gəncləri təbrik edərək bildirib ki, ölkəmizdə əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial inkişaf kursu bu istiqamətdə dövlət siyasətinin daha da güclənməsinə, fiziki məhdudiyyətli insanların sosial reabilitasiya və cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradıb.
Nazir diqqətə çatdırıb ki, Sağlamlıq imkanları məhdud şəxslər üçün Peşə Reabilitasiya və Uşaq Bərpa Mərkəzlərində yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan Peşə Reabilitasiya Mərkəzi fiziki məhdudiyyətli gənclərin reabilitasiyasında və cəmiyyətə fəal inteqrasiyasında əhəmiyyətli rol oynayır. Burada aparılan çoxşaxəli reabilitasiya tədbirləri onlarda özünə inam hissi, potensial bacarığını üzə çıxararaq aktiv həyat tərzinə doğru irəliləmək əzmi formalaşdırır. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər.
Uşaq Bərpa Mərkəzi barədə də məlumat verən S.Babayev qeyd edib ki ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, cari ilin 8 ayında burada 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.
S.Babayev vurğulayıb ki, sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var: “Siz daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Ali məktəbə daxil olmağınız bu uğurlara aparan ilk yollardan biridir. Biz bu yollarda daim sizə yaxından dəstək olacağıq”.
Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
Sonda nazir ali məktəbə daxil olmuş sağlamlıq imkanları məhdud gəncləri diplom və mükafatlarla təltif edib.
Məlumat üçün bildirək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən dörd gənc Ələkbərova Həbibə Bakı Dövlət Universiteti Tarix fakültəsinə, Rüsəmova Xeyrənsə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə, Qələndərov Elxan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Elmləri fakültəsinə, Abbasov Emin Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat-İntormatika fakültəsinə, Peşə Reabilitasiya  Mərkəzinin beş gənci İsmayılova İlahə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinə, Hümbətli Nərgiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət fakültəsinə, Sadıqov Xanoğlan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə, Abdullayev Anar Moskva Dövlət Humanitar İqtisad Universitetinin Menecment fakültəsinə, Qəribova Təranə Bakı 1 nömrəli Tibb kollecinə daxil olub.



Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.