www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
10.08.2018

Əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində Latviya ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəetmə və əhaliyə xidmət sistemlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsində Latviya ilə əməkdaşlığa xüsusi önəm verilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsla nazirlikdə keçirilən görüşdə bildirib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə sosial sahədə də mühüm nailiyyətlərin əldə edilməsinə, eyni zamanda əhaliyə xidmətlərin keyfiyyətcə yüksəldilməsində əhəmiyyətli addımların atılmasına imkan verdiyini diqqətə çatdırıb.
S.Babayev vurğulayıb ki, dövlət başçısının imzaladığı 9 avqust 2018-ci il tarixli Fərman da Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə xidmətlərin keyfiyyətcə yüksəldilməsində mühüm innovativ yeniliyin tətbiqinə əsas yaradıb. Fərmana əsasən qurulacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləri vasitəsilə həmin xidmətlərin eyni bir mərkəzdən  “bir pəncərə” prinsipi üzrə operativ və şəffaf şəkildə təqdim edilməsi,  vətəndaşların bu xidmətlərdən sadə prosedurlarla və rahat istifadə imkanlarına malik olması təmin ediləcək.
Nazir əmək və sosial müdafiə sahəsində Latviyanın aidiyyatı dövlət qurumu olan Rifah Nazirliyi ilə əməkdaşlığın önəmini qeyd edib. O, qeyri-formal məşğulluğun qarşısının alınması, əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin avtomatlaşdırılması və vahid pəncərə prinsipi əsasında təşkil olunması, sosial təminat sisteminin təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya, əməyin mühafizəsi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. S.Babayev iki ölkə arasında pensiya və əmək miqrasiyası sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsinin də məqsədəuyğun ola biləcəyini diqqətə çatdırıb.
Y.Maklakovs ötən dövrdə ölkələrimizin əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində formalaşmış ikitərəfli əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Azərbaycan və Latviya arasında əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadilələrinin təşkili məsələləri müzakirə olunub.


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.