www.mlspp.gov.az
Azərbaycanca   English 22.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
31.07.2018

İşsizlərin və işəgötürənlərin nəzərinə!

Müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər. Eləcə də bəzi müəssisələrin işəgötürənləri də bu barədə məlumatlı olmadıqlarından qeyd olunan səbəblərdən işini itirmiş şəxsləri aidiyyəti üzrə məlumatlandırmırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərə, habelə işəgötürənlərə müraciət edərək bildirir ki, 2018-ci ilin yanvar ayının 1-dən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu  dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.
Həmin səbəblərdən əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.
İşini itirdiyi günədək, yəni işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi,
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi,
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi
qədər işsizlikdən sığorta ödənişi təyin olunur.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün – 100 faiz;
- 3–4-cü təqvim ayları üçün – 80 faiz;
- 5–6-cı təqvim ayları üçün – 70 faiz.
İşsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə yuxarıda qeyd olunan tələbblər nəzərə alınmaqla 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da 3 ay müddətinə minimum sığorta ödənişi ödənilir.
İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.