www.mlspp.gov.az
Azərbaycanca   English 13.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.07.2018

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir

   Həmin mərkəzlərdə ümumilikdə 1100-dək uşağa sosial reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişləri əsasında respublikanın 21 rayon və şəhərində (Sumqayıt, Balakən, İmişli, Kürdəmir, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Şirvan, Qəbələ,  Samux, Ağstafa, Cəlilabad, Biləsuvar, Xaçmaz, Göyçay, Gədəbəy, Mingəçevir, Sabirabad) sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.
İxtisaslaşmış QHT-lər yaradılan bu mərkəzlərdə ilk növbədə funksional qiymətləndirmə aparılmaqla, uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edir. Uşaqlarda zəruri bacarıq (o cümlədən ünsiyyətqurma bacarığı) və vərdişlər formalaşdırılır, erkən müdaxilə və inkluziv təhsil xidmətləri göstərilir. Uşaqların ailələri ilə reabilitasiya, sosial, müvəkkillik, psixoloji və s. sahələrdə maarifləndirmə işləri aparılır.
Məqsəd həmin uşaqların sosial reabilitasiyasına və öz həmyaşıdları ilə bərabər şəkildə cəmiyyətə inteqrasiyasına nail olunmasıdır.
Qeyd olunan icma əsaslı sosial reabilitasiya mərkəzlərdə ümumilikdə 1100-dək sağlamlıq imkanları məhdud uşağa yarımstasionar şəraitdə xidmətlər göstərilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.