www.mlspp.gov.az
Azərbaycanca   English 22.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
24.07.2018

Litva ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb

Litva ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bu məqsədlə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi də artıq imzalanmaq üçün hazırdır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə nazirlikdə keçirdiyi görüşdə bildirib. S.Babayev Sazişin imzalanması üçün Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitisi ölkəmizə səfərə dəvət edib.
Görüşdə Avropa İttifaqının “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin rezident tvinninq müşaviri Audra Mikalauskaite də iştirak edib.
Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar proqramına uyğun olaraq, ölkədə dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. O, qeyd olunan Tvinninq layihəsinin qabaqcıl Avropa təcrübəsi əsasında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin idarəçilik və praktik iş mexanizmlərinin innovativ əsaslar üzərində gücləndirilməsində dəyərli dəstək olduğunu vurğulayıb.
S.Babayev bildirib ki, layihə üzrə tərəfdaş ölkələrdən olan Litvanın aidiyyəti qurumu ilə fəal əməkdaşlıq əlaqələri həyata keçirilir. Eyni zamanda əmək münasibətləri və məşğulluq sahəsində ayrı-ayrı qurumlar arasında vahid hesabatlılıq sisteminin qurulması, qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətlərində fəal təcrübə mübadilələri aparıla bilər. Sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkili, tibbi-sosial reabilitasiya və s. sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğun olardı.
V.Lastauskas ölkəsinin Azərbaycanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu, səfirlik tərəfindən bu istiqamətdə lazımi səylərin göstəriləcəyini vurğulayıb.
Görüşdə Tvinninq layihəsi çərçivəsində Litva ilə əməkdaşlığın mövcud vəziyyətinə, bu ölkə ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.