www.mlspp.gov.az
Azərbaycanca   English 18.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.07.2018

Lənkəran şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinə baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Lənkəran şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinə baxış keçirib.
Mərkəz “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.
Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.
S.Babayev mərkəzdə yaradılmış şəraiti, göstərilən günərzi qayğı xidmətlərini nəzərdən keçirib. Nazir sosial xidmət layihələrinin icrasında mütərəqqi dünya təcrübəsində mövcud olan səmərəli sosial xidmət metodlarının tətbiqi, bu sahədə reabilitasiya istiqamətinin üstün tutulması, əməkdaşların peşəkarlığının artırılması və s. barədə tapşırıqlarını verib.
Mərkəz tərəfindən azyaşlıların vaxtının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintiləri təşkil olunur.
Hazırda ƏƏSMN-nin sifarişi əsasında ixtisaslaşmış QHT-lər tərəfindən 4 minədək uşağa reabilitasiya yönümlü sosial xidmətlər, o cümlədən müvafiq layihələr üzrə 13 rayondakı günərzi qayğı mərkəzləri tərəfindən 400 nəfərədək uşağa günərzi qayğı xidmətləri göstərilir.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.