www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.07.2018

Nazir Sahil Babayev Lənkəran şəhərindəki bərpa mərkəzində reabilitasiya şəraiti ilə tanış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə nazirliyin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzindəki reabilitasiya şəraiti ilə tanış olub.
Mərkəzin kollektivi və müəssisədə reabilitasiya kursu keçən əlilliyi olan şəxslərlə görüşündə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdəki bərpa mərkəzlərini də əhatə edir. Nazir qeyd edib ki, bir sıra bölgələrdəki əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərində bu istiqamətdə işlər aparılır. Eyni zamanda Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
S.Babayev əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılmasında konkret nəticələrə nail olunmasının, reabilitasiya səviyyəsinin yüksəldilməsinin mühüm hədəflərdən olduğunu vurğulayıb. O bildirib ki, bunun üçün bərpa mərkəzlərinin maddi-texniki bazasının və əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması nazirliyin əsas iş planına daxildir. Həmçinin hazırlanmaqda olan Fərdi Reabilitasiya Proqramı bu sahədə mühüm rol oynayacaq.
Nazirə məlumat verilərək bildirilib ki, müəssisədə aparılan işlərin davamı kimi, burada ötən il 312, cari ilin birinci yarımilində isə 166 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib.
S.Babayev mərkəzdə yaradılan şəraitlə, Lənkəran, habelə bu bölgədəki digər rayonlarda (Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lerik) yaşayan əlilliyi olan şəxslərə stasionar qaydada göstərilən bərpa müalicəsi xidmətləri, fizioterapevtik prosedurlarla yaxından tanış olub. Nazir mərkəzin fəaliyyətinin səmərəli təşkili, əlilliyi olan şəxslərə xidmətin keyfiyyətinin artırılması, onlara qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.