www.mlspp.gov.az
Azərbaycanca   English 24.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.07.2018

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1587 nəfər peşə hazırlığına cəlb edilib

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1587 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Onlardan 1501 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.
Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla dülgər-xarrat, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, bərbər, xalçaçı, ofisiant, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir sıra peşə kursları davam etdirilir.
Qeyd olunan dövrdə 86 nəfər gənc isə nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb olunması, tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilərin təşkili və s. işləri də aparılır.
Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-iyun aylarında  keçirilən peşəyönümü tədbirlərinə əksəriyyəti yuxarı sinif şagirdləri olan 69,2 min nəfər gənc cəlb olunub. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.