www.mlspp.gov.az
Azərbaycanca   English 16.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.07.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş olub. Görüşdə səfirliyin əmək və sosial müdafiə üzrə müşaviri Ahmet Açıkgöz də iştirak edib.
S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb. Azərbaycan və Türkiyə arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. S.Babayev bir sıra vacib sahələrlə yanaşı, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə meyarların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması, əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası kimi aktual iş sahələrində qardaş ölkənin təcrübəsinin öyrənilməsinin xüsusi önəmini qeyd edib.
Nazir Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələrinin Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən il qardaş ölkəyə səfərinin əhəmiyyətini qeyd edib. O, İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin 10 ölkə tərəfindən imzalanması nəzərdə tutulan Nizamnaməsinin artıq Türkiyə və Azərbaycan tərəfindən imzalandığını bildirib.
Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini vurğulayan E.Özoral əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün səfirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.