www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.06.2018

Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb.
Görüşdə uşaqlar hazırladıqları əl işlərini əsgər və zabitlərə hədiyyə ediblər. Hədiyyələr, xüsusilə “Azərbaycan əsgəri”, “Azərbaycan bayrağı”, “Sülh göyərçini” rəsmləri maraqla qarşılanıb. Uşaqlar Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirib, əsgərlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyəti baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət qayğısı ilə təmin edilməklə, normal həyata qayıdışına imkan yaradılması, onların təlim-tərbiyə sistemi ilə əhatə olunmaları məqsədinə xidmət edir. Ötən il fəaliyyətə başlayan müəssisəyə 66 uşaq qəbul edilib ki, onların əksər hissəsi artıq reabilitasiya olunub. Hazırda burada 17 uşaqla reabilitasiya işləri davam etdirilir.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.