www.mlspp.gov.az
Azərbaycanca   English 16.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.06.2018

Nazir Sahil Babayev Şirvan şəhərindəki reabilitasiya mərkəzində göstərilən bərpa müalicəsi xidmətləri ilə tanış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvana  səfəri çərçivəsində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinə gəlib, burada göstərilən reabilitasiya xidmətləri ilə yerindəcə tanış olub.
Müəssisədə Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilir. Nazir mərkəzdə yaradılmış şəraiti, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını, əlilliyi olan insanların tibbi, sosial, habelə peşə diaqnostikası və reabilitasiyası üçün aparılan işləri nəzərdən keçirib.
S.Babayev mərkəzdə bərpa müalicəsinə cəlb edilmiş əlilliyi olan şəxslərlə də görüşüb, göstərilən xidmətlərlə, tətbiq olunan bərpa müalicəsi prosedurlarının nəticələri ilə bağlı onların fikirlərini öyrənib.
Müəssisədə tibbi reabilitasiya olunan şəxslər ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşdırılması, onların həm tibbi, həm də sosial reabilitasiya proqramlarına cəlb olunması və sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin aparıldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Müəssisənin kollektivi ilə görüşdə nazir reabilitasiya sisteminin əliliyi olan şəxslərin sağlamlığının bərpası, həmin şəxslərin yenidən sağlam insan kimi cəmiyyətə qaytarılması, reabilitasiya səviyyəsinin artırılması məqsədinə xidmət etdiyini vurğulayıb. O bildirib ki, digər bərpa müəssisələri kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi də fəaliyyətini məhz bu məqsədə doğru qurmalıdır. Əlilliyi olan insanlara xidmətlər yalnız tibbi yanaşma əsasında deyil, həmçinin sosial reabilitasiya yönümlü olmalıdır.
S.Babayev bərpa müalicəsi prosedurlarında konkret səmərəli nəticələrə imkan verən təkmilləşdirmə işlərinin aparılması, həkim-reabilitoloqların peşəkarlıq səviyyələrinin artırılması, əlilliyi olan insanlarla işin fərdi reabilitasiya planları əsasında təşkil edilməsi, onlara daim qayğı və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.