www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.06.2018

Reabilitasiyaya cəlb olunmuş kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.
Müəssisədə yaşayan və reabilitasiya keçən uşaqların təqdim etdikləri ilk yaradıcılıq nümunələri maraqla qarşılanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə təşkil olunan sərgidə xalq rəssamı Arif Əziz də iştirak edib.
Məlumat üçün bildirək ki, Bakının Zabrat qəsəbəsində yerləşən Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ötən ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində müəssisəyə 66 nəfər uşaq qəbul olunub, onlardan 49 nəfəri müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra ailələrinin və yaxınlarının himayəsinə verilib. Hazırda isə burada 17 nəfər uşaq yaşayır.
Müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə yaşayan uşaqların rahat yaşayışı, təhsil həyatına qayıtmaları üçün zəruri işlər aparılmaqla bərabər, onlarda müəyyən ilkin yaradıcılıq bacarıqları (rəsm, musiqi, rəqs və s.) da formalaşdırılır.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.