www.mlspp.gov.az
Azərbaycanca   English 15.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.06.2018

Bu ilin 5 ayı ərzində 1400 nəfərə yaxın şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-may aylarında 1400 nəfərə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 1317 nəfəri üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
Peşə hazırlığı və əlavə təhsil kurslarında modul tədris proqramlarından da istifadə edilib. Bu isə öz növbəsində peşə bilik və bacarıqlarının öyrədilməsi prosesində səmərəliliyi artırır, peşələrin daha qısa vaxtda və asan şəkildə mənimsənilməsinə imkan verir.
Son 5 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib.
Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslər əmək bazarına çıxış və məşğulluq imkanları əldə ediblər.
Yanvar-may aylarında rayon (şəhər) Məşğulluq mərkəzlərinin təşkil etdiyi peşəyönümü tədbirlərdə isə 63,2 min nəfər gənc iştirak edib. Onlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, düzgün peşə seçimi aparmaları üçün peşəyönümü məsləhətləri verilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.