www.mlspp.gov.az
Azərbaycanca   English 15.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
01.06.2018

Azərbaycan və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq daha da genişlənəcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təmin olunmasının mühüm yer tutduğunu vurğulayan S.Babayev bu sahədə ölkəmizdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir əmək və məşğulluq sahəsində aparılan siyasətdə BƏT-in prinsiplərinin diqqətdə saxlandığını və bu Təşkilatla birgə fəaliyyətə xüsusi önəm verildiyini, Azərbaycanın ötən dövrdə BƏT-lə sıx əməkdaşlıq gündəliyinin formalaşdığını qeyd edib.
S.Babayev Q.Rayderin BƏT-in 107-ci sessiyasındakı məruzəsində əksini tapan mövzu, yəni qadınların əmək bazarında iştirakının təmin edilməsi məsələsi ilə bağlı bildirib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində fəal dövlət siyasətinə malikdir. Ölkəmizdə əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib. Qadınlar arasında məşğulluq səviyyəsi də getdikcə yüksəlir, hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsi qadınlardır.
Nazir bildirib ki, Q.Rayderin Azərbaycana səfəri zamanı onunla keçirilən görüşdə müvafiq sahələr üzrə dəstəyin göstərilməsi ilə bağlı müraciətə cavab olaraq, BƏT cari ilin iyul ayında beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlimlərin keçirilməsi və “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı” çərçivəsində işlərin aparılması təklifləri ilə çıxış edib. Müraciətə belə qısa vaxtda və müsbət reaksiya verilməsindən razılıq ifadə edən S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin əhəmiyyəti barədə məlumat verib, Mərkəzin fəaliyyətində BƏT prinsiplərinin təbliğinin mühüm yer tutacağını bildirib. Nazir özünüməşğulluq proqramının icra vəziyyətindən bəhs edib, gələcəkdə bu proqramın daha da genişləndiriləcəyini vurğulayıb.
Q.Rayder ilk növbədə cari il mayın 21-də “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. O həmin konfransda iştirak etmək üçün ilk dəfə Azərbaycana səfər etdiyini və bu səfər, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı xoş təəssüratlara malik olduğunu bildirib. Q.Rayder Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək üçün apardığı məqsədyönlü səyləri, BƏT-in mütərəqqi təşəbbüslərinə fəal şəkildə qoşulmasını yüksək dəyərləndirib.
Görüşdə BƏT-lə sistemli dialoqun aparılması məqsədilə bu Təşkilatın ümumi iş planına uyğun şəkildə ölkəmizdə əmək və məşğulluq sahələri üzrə aktual mövzularda və mümkün formatlarda ənənəvi illik tədbirlərin təşkil olunması, aktiv əmək bazarı proqramlarının icrasında birgə işlərin davam etdirilməsi, demoqrafik təhlillərin aparılmasında əməkdaşlığın həyata keçirilməsi, BƏT-in Cenevrə şəhərində yerləşən mənzil qərargahında Azərbaycan vətəndaşlarının çalışması imkanlarının nəzərdən keçirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişləndirilməsi və s. məsələlər müzakirə olunub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.