www.mlspp.gov.az
Azərbaycanca   English 18.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.05.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının regional direktoru ilə görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüş olub.
Səfərdə məqsəd Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq müstəvisində hazırda görülən işləri və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etməkdir.
Görüşdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə Nazirliklə Dünya Bankının birgə layihələrinin ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsi üçün aparılan islahatlarda mühüm dəstək rolunu oynadığını vurğulayıb. Nazir müavini həmçinin Dünya Bankının ölkəmizlə bağlı İş Yerlərinin Diaqnostikası üzrə missiyasının əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə məşğulluq imkanlarının genişləndirilməsi yönündə həyata keçirilən aktiv əmək bazarı tədbirlərindən bəhs edən M.Kərimli sosial yardım proqramından faydalanan ailələrin əmək qabiliyyətli üzvlərinin tədricən kiçik biznesə çıxışının dəstəklənməsi üçün icra olunan özünüməşğulluq proqramı barədə məlumat verib. Nazir müavini yeni hazırlanan məşğulluq strategiyasının layihəsi, əmək bazarı ilə bağlı monitorinq və proqnozlaşdırma sisteminin (Milli Bacarıqlar Observatoriyasının) yaradılması üçün aparılan işləri də diqqətə çatdırıb.
 Xanım M.Tembon Azərbaycanda sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçid prosesinin rəğbətlə qarşılandığını, Dünya Bankının İş Yerlərinin Diaqnostikası üzrə missiyasının eyniadlı hesabatında bu sahədə ölkəmizdə görülən işlərin də əksini tapacağını qeyd edib. O, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin kiçik biznes imkanlarına yiyələnmələri yönündə görülən işlərdə də birgə fəaliyyətin mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə Dünya Bankının İş Yerlərinin Diaqnostikası üzrə missiyasının eyniadlı hesabatının hazırlanması ilə bağlı məsələlərə, əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasına dair fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.