www.mlspp.gov.az
Azərbaycanca   English 18.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
10.05.2018

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə etibarlı sosial müdafiə sisteminin yaradılmasını da təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabana gələrək Ulu öndərimizin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb.
Xalqımız ümummilli lider Heydər Əliyevin əbədiyaşar işıqlı xatirəsini, dahi şəxsiyyətin bütün həyat və fəaliyyətini həsr etdiyi doğma Azərbaycanımızın inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz tarixi xidmətləri bir daha minnətdarlıq hissi ilə yad edir.
Hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi zamanı Ulu öndərimiz Heydər Əliyevin yüksək əzmkarlığı və təşkilatçılıq qabiliyyəti, ardıcıl və yorulmaz səyləri, qəbul etdiyi mükəmməl qərarlar nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq bütün sahələrdə inkişaf etmiş sənaye respublikasına çevrilib. Xüsusilə də həmin dövrdə Ulu öndərimiz Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün güclü sosial-iqtisadi və intellektual potensialın formalaşdırılmasını təmin edib.
Xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında yenidən respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın müqəddəratı üçün ciddi təhlükələrin aradan qaldırılmasına, bütün sahələri bürümüş kəskin böhranın qarşısının alınmasına, ictimai-siyasi sabitliyin yaradılmasına nail olaraq, müasir müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm, çətin və şərəfli tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirib.
Ulu öndərimiz Heydər Əliyev vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırıb, o cümlədən ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin edib. Ötən əsrin 90-cı illərindən etibarən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində də mühüm addımların atılmasına başlanılıb.
Ümummili liderimiz Heydər Əliyevin Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Dinamik və davamlı inkişaf yolunda inamla irəliləyən, Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan eyni zamanda uğurlu iqtisadi siyasətin ildən-ilə güclənən sosial siyasətlə tamamlandığı bir ölkədir.
Ulu öndərimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun, ölməz ideyalarının işığında Azərbaycan yeni-yeni möhtəşəm uğurlara, qələbələrə doğru irəliləyir.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.