www.mlspp.gov.az
Azərbaycanca   English 26.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.05.2018

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında keçirilən idman yarışları yekunlaşıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan mini futbol və şahmat yarışları yekunlaşıb.
Mini-futbol turnirinin qalib komandaları arasında keçirilən final yarışını əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və nazirliyin digər rəhbər şəxsləri də izləyib.
Qalib komandanın üzvlərinə  kubok və medalların təqdim olunması tədbirində S.Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikamızın bütün sahələrdə inkişaf etdirilməsi və 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Nazir Ulu öndərimizin, eyni zamanda, Azərbaycanın hər bir vətəndaşın rifahına təminat yaradan sosial dövlət kimi formalaşması və inkişafı, müstəqil ölkəmizdə etibarlı sosial müdafiə sisteminin yaradılması üçün məqsədyönlü addımların atılmasını  təmin etdiyini diqqətə çatdırıb.
S.Babayev ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna əsaslanan müasir müstəqil Azərbaycan dövlətinin inkişafı strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini, bunun nəticəsi kimi, dövlətimizin hər bir azərbaycanlıda qürur doğuran tarixi uğurlara, qələbələrə, habelə sosial sahədə mühüm irəliləyişlərə nail olduğunu vurğulayıb. O bildirib ki, ötən ay ölkəmizdə azad və ədalətli, tam şəffaf və demokratik şəraitdə keçirilən Prezident seçkilərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə başa çatması da xalqımızın müdrik seçiminin ifadəsi olmaqla, ölkəmizin uğurlu gələcəyinə əsaslı təminat yaradıb.
Nazir Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında idman yarışlarının təşkil olunmasının gənclər arasında sağlam həyat tərzinin təbliğinə, idmanın kütləvi xarakter almasına dəstək məqsədinə yönəldiyini diqqətə çatdırıb.
Daha sonra S.Babayev qalib komandanın üzvlərinə  kubok və medalları təqdim edib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.