www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
04.04.2018

Bu ilin birinci rübündə fərdi uçot sistemində əlavə olaraq 41 227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb

Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
Fərdi uçot sistemi ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitallarını formalaşdırmasına şərait yaradır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti əhalinin istifadəsindədir.
Ötən il iyulun 1-dən qanunvericilikdə qüvvəyə minən dəyişikliklər nəticəsində vətəndaşlara bank vasitəsilə fərdi hesablarına daha çox vəsait köçürməklə, pensiya kapitallarını və bununla gələcəkdə onlara təyin olunacaq pensiyaların məbləğini daha da artırmaq imkanı verilib.
Sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artması fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının da çoxalmaqda davam etməsinə səbəb olur. Belə ki, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.