www.mlspp.gov.az
Azərbaycanca   English 21.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.04.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb

 

Son bir ayda əhali bu e-xidmətlərdən 649,5 min dəfə  istifadə edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da əhalinin maraq dairəsində olaraq, geniş istifadəçi kontingenti ilə seçiliblər. Belə ki, son bir ayda həmin e-xidmətlərə  649,5 min dəfə  müraciət qeydə alınıb.

Ümumilikdə isə indiyədək  Nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb ki, bu da ötən dövrdə “Elektron Hökumət” portalından ümumi istifadənin 38,5 faizini təşkil edir.

Dövlət idarəçiliyinin müasir iş prinsipləri üzərində təşkili və bu əsasda əhaliyə xidmətlərin də şəffaf şəkildə təşkili barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə aparılan islahatlar əmək və sosial müdafiə, sosial sığorta, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin də qısa müddətdə avtomatlaşdırılmış infratsrukturunun qurulmasına imkan verib. Qeyd olunan sahələrin fəaliyyətinin elektron sistemlər üzərində formalaşdırılması müvafiq dövlət xidmətlərinin əhaliyə elektron müstəvidə və vahid pəncərə əsaslı təşkilini, nəticədə məmur-vətəndaş kontaktlarının da minimallaşdırılması şəraitində həmin xidmət sektorlarında şəffaflığın, sosial təminat sistemində ünvanlılıq prinsipinin təmin edilməsini reallaşdırıb. Digər tərəfdən, əhalinin bu xidmətlərdən rahat və asan istifadə imkanlarına yiyələnmələrinə, həmçinin sosial cəhətdən həssas əhali qruplarının aidiyyəti xidmətlərə əlçatanlığına nail olunub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər e-xidməti fəaliyyət göstərir. Cari ilin mart ayında da onlardan  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (225 931 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (61 811 müraciət), “İş yerinə dair arayış” (49 596 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (27 185 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (25 964 müraciət) və digər e-xidmətlər vətəndaşların ən çox faydalandığı e-xidmətlərdən olublar. Eləcə də  “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru” və s. kimi e-xidmətlərə müraciətlərin sayı daim artmaqdadır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.