www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.03.2018

Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə Nazirlikdə keçirilən tanışlıq görüşündə vurğulayıb.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin respublikamızda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində mühüm tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini, ölkədə həyata keçirilən siyasətin ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. Nazir bildirib ki, qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan islahatlar müsbət demoqrafik vəziyyətin mövcud olduğu ölkəmizdə daim artan əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə də imkan verib. Ümumilikdə Azərbaycanda iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda saxlanılır və məşğul əhalinin artım tempinin iqtisadi fəal əhalinin artım tempindən yüksək olması da bunu göstərir.
Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əhalinin özünüməşğulluğunun dəstəklənməsi sahəsində görülən işləri diqqətə çatdıran nazir, eyni zamanda, bu gün işçi qüvvəsinin iqtisadi inkişafa uyğun əmək bacarıqlarının artırılmasının əmək bazarında müsbət meyillərin stimullaşdırılması baxımından əhəmiyyətini qeyd edib, bu sahədə aparılan işləri diqqətə çatdırıb. Nazir Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılan avtomatlaşdırılmış sistemlər barədə də səfiri məlumatlandırıb.
S.Müslümov digər bir sıra İslam ölkələri kimi, Misir Ərəb Respublikası ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib. O, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Misir arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. Nazir, eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bacarıqlarının artırılması, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu da diqqətə çatdırıb.
A.İbrahim ölkəsi ilə Azərbaycan arasında dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb, əmək və sosial müdafiə sahəsində də bu əlaqələrin formalaşması və inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini bildirib. Səfir bu sahədə öz səylərini göstərəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.