www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.03.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri ilə tanışlıq görüşü olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri Ahmet Açıkgöz ilə tanışlıq görüşü olub. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov A.Açıkgözü yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini vurğulayıb. O həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli formatda əməkdaşlığın daim inkişaf etdirildiyini diqqətə çatdırıb.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatlar barədə müşavirə məlumat verib. Nazir həmçinin  icra olunan aktiv əmək bazarı proqramlarını, əmək bazarının tənzimlənməsi sahəsində aparılan işləri diqqətə çatdırıb: “Müvafiq sahələrdə görülən işlər, aparılan islahatlarda qardaş ölkə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə əməkdaşlığa, geniş məlumat və təcrübə mübadilələrinə xüsusi önəm verilir. Ötən dövrdə həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq Sazişləri əlaqələrimizin inkişafına səbəb olub. Eyni zamanda, cari ilin fevral ayının əvəllərində Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri  çərçivəsində keçirilən görüşlər, iki nazirlik arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunu olaraq imzalanan Protokol da ikitərəfli əməkdaşlığın xeyli genişlənməsinə imkan verib”.
Nazir bildirib ki, bu gün işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, sosial cəhətdən həssas əhali qrupları üçün inklüziv əmək bazarının inkişafı, qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əmək münasibətlərinə nəzarət formalarının təkmilləşdirilməsi, əməyin təhlükəsizliyi və s. kimi aktual məsələlər mövcuddur. Türkiyənin müvafiq dövlət qurumu ilə əməkdaşlığımız həmin sahələrdə də davam etdirilir ki, bu da hər iki tərəf üçün faydalıdır.  
S.Müslümov A.Açıkgözün iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafında öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.
A.Açıkgöz ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşmasının məmnunluq doğurduğunu vurğulayıb. O bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsində öz səylərini göstərəcəyini bildirib.
Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.