www.mlspp.gov.az
Azərbaycanca   English 24.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.03.2018

Yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə 4243 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik xidmətlərlə təmin olunmaları mühüm yer tutur. Bu təbəqədən olan insanların müraciətləri qəbul olunaraq, onların müvafiq ehtiyacları öyrənilir və bu əsasda qısa müddətdə reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təminatı həyata keçirilir.
Son iki ayda həmin şəxslərə 284 ədəd əlil arabası, 244 ədəd yuxarı və aşağı ətraf ortezi, 27 cüt protez ayaqqabı, 617 cüt ortopedik ayaqqabı, bel və boyun nahiyəsi üçün 74 ədəd korset, 202 ədəd dördayaqlı dayaq vasitəsi, 173 ədəd yuxarı və aşağı ətraf, habelə döş protezi, 244 cüt dirsəkaltı ağac, 143 cüt qoltuqaltı ağac, 412 ədəd əsa, 1124 ədəd müxtəlif reabilitasiya vasitələri və s. verilib. Yanvar- fevral aylarında 118 nəfərə stasionar şəraitdə bərpa xidmətləri (protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası və s.) göstərilib.
Qeyd olunan müddətdə protez-ortopedik xidmətlərlə təmin olunanların sayı 1925 nəfər (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 243 nəfər) təşkil edib.
Protez-Ortopedik Bərpa Mərkəzində protez-ortopedik məmulatların istehsalında müasir metodların, yeni texnologiyaların hazırlanması istiqamətində də işlər davam etdirilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.