www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
01.03.2018

UNİCEF-lə birgə icra olunan 2016-2020-ci illər üzrə ölkə Proqramı çərçivəsində görülən işlər və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub

Sağlamlıq imkanları məhdud uşaqların, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin texniki və institusional potensialının təkmilləşdirilməsində UNİCEF-lə birgə aparılan məqsədyönlü işlər qarşıdakı dövrdə də davam etdiriləcək. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, UNİCEF-in uşaq müdafiəsi üzrə regional müşaviri Aaron Qrinberq və sosial müdafiə üzrə regional müşaviri xanım Yohanna Bosvorz ilə görüşdə vurğulanıb.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov sosial müdafiə sisteminin ayrı-ayrı istiqamətlərində aparılan işləri diqqətə çatdırıb. O, Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərdə UNİCEF-lə fəal əməkdaşlığın qurulduğunu, müvafiq sahə ilə bağlı bir çox təlim və treninqlərə, təcrübə mübadilələlərinin aparılmasına UNİCEF tərəfindən ekspert və təşkilati dəstəyin göstərildiyini qeyd edib. İ.Rəhimov aztəminatlı ailələrin özünüməşğulluq layihəsinə cəlb olunması, onların sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, həmin ailələrin əmək bazarının aktiv iştirakçılarına çevrilmələri üçün aparılan işlər barədə məlumat verib.
Son illərdə ölkədə sosial xidmətlərin əhatə dairəsinin xeyli genişləndirildiyini, bu xidmətlərlə təmin olunanların sayının əhəmiyyətli şəkildə artdığını vurğulayan nazir müavini sosial sifarişlər əsasında vətəndaş cəmiyyəti instititları tərəfindən icra olunan sosial xidmət layihələrindən də bəhs edib. İ.Rəhimov bu sahədə UNİCEF-lə birgə hazırlanan “Sosial iş strategiyası”nın əhəmiyyətini qeyd edib, həmin sənəddə də vətəndaş cəmiyyəti instititlarının bu sahəyə daha geniş şəkildə cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.
M.Yuan Azərbaycanda sosial xidmət, xüsusilə uşaqlara yönəlik sosial xidmət siyasətinin onlarda böyük rəğbət hissi doğurduğunu, əməkdaşlığı gələcəkdə uğurla davam etdirmək əzmində olduqlarını vurğulayıb. Y.Bosvorz bildirib ki, Azərbaycanda həyata keçirilən sosial müdafiə islahatları, bu sahədə əldə olunan irəliləyişlər çox sevindiricidir. O, həmçinin sosial xidmət layihələrinin regionlar üzrə genişləndirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
A.Qrinberq “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən xidmətlərin elektronlaşdırılmasına çox müsbət münasibət ifadə etmək istəyirəm ki, bu, ehtiyacı olan şəxslərin müvafiq sahələrdə xidmətlərə çıxışına kömək etmişdir”.
Görüşdə UNİCEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə Proqramının icrası sahəsində ötən dövrdə görülən işlərə və gələcək birgə fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.