www.mlspp.gov.az
Azərbaycanca   English 18.02.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
01.02.2018
Türkiyənin əmək və sosial müdafiə naziri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub (VİDEO)
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün yüksək standartlar səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna məlumat verərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahənin inkişafına xüsusi diqqət və qayğısının ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının dolğun təminatına yönələn dövlət siyasətinin də ildən-ilə güclənməsinə şərait yaratdığını vurğulayıb. Nazir bu təbəqədən olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onların pensiya və müavinət sistemi, habelə müharibə əlilləri və onlara bərabər tutulanların bu sosial ödənişlərlə bərabər Azərbaycan Prezidentinin aylıq təqaüdləri, yeni mənzillərlə təminatı və s. sahələrdə aparılan işlər barədə qonaqları məlumatlandırıb.
S.Müslümov bildirib ki, əlilliyi olan şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi də diqqətdə saxlanılır. Son illərdə nazirliyin tabeliyində yaradılan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərə yaxın bu təbəqədən olan şəxs peşə reabilitasiyasına cəlb olunub. Müvafiq proqram çərçivəsində sağlamlıq imkanları məhdud gənclərin Türkiyəyə və Türkiyədəki belə gənclərin Azərbaycana səfərləri, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı da təmin edilir.
S.Müslümov əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə mühüm addımların atıldığını, Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şəraitin bunun əyani bir nümunəsi olduğunu qeyd edib. O bildirib ki, həmçinin Uşaq Bərpa Mərkəzində, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yaradılan yüksək standartlara uyğun reabilitasiya şəraiti həmin uşaqların səmərəli tibbi-sosial reabilitasiyasının təşkilinə imkan verib. Bu gün respublikanın bütün bölgələri üzrə nazirliyin bərpa-müalicə müəssisələri fəaliyyət göstərir və təkcə son bir ildə bu müəssisələrdə 39,8 min nəfər şəxs bərpa xidməti ilə təmin edilib, əlilliyi olan şəxslərin 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Xanım J.Sarıeroğlu mərkəzin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, burada müasir avadanlıq və qurğulardan istifadə olunmaqla həyata keçirilən reabilitasiya prosedurları, səmərəli fizioterapevtik müalicə üsulları ilə yaxından tanış olub. O, mərkəzdəki müasir şəraitdən, burada aparılan reabilitasiya prosesindən məmnun qaldığını, əlillərin reabilitasiya potensiallarının reallaşdırılması sahəsində təcrübıə mübadilələrinin aparılmasının xüsusi önəm kəsb etdiyini bildirib.
 
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.