www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
01.02.2018

Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (VİDEO)

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Serıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.
Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Türk Şəhidliyi abidəsi ziyarət olunub və abidə önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.