www.mlspp.gov.az
Azərbaycanca   English 21.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
30.01.2018
Türkiyənin əmək və sosial müdafiə naziri Jülidə Sarıeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin (31 yanvar - 03 fevral) ölkəmizə səfəri planlaşdırılıb.
Nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. İki gün davam edəcək səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Səfərin ikinci günü isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.
Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakının tarixi və mədəni abidələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı-ayrı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.