www.mlspp.gov.az
Azərbaycanca   English 23.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
25.01.2018

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib.

Proqram çərçivəsində nazirlik tərəfindən verilən aktivlər hesabına respublikamızın 76 şəhər və rayonu üzrə 1172 ailə (o cümlədən 60 nəfər əlil və 21 şəhid, 206 məcburi köçkün ailəsi) aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.  Həmin təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib.

Aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımını da stimullaşdırıb.  Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə etməklə aztəminatlı ailələrin  öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurmaları və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları özünüməşğulluq proqramının icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb.

Cari ilin əvvəlindən İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan İşsizlikdən sığorta fondu işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin, xüsusilə də özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyətli şəkildə genişlənməsinə imkan yaradır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.