www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
12.01.2018

Son bir ildə 1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib

Müvafiq layihələr üzrə 4,1 min nəfər uşaq isə reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər. Onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar, qalanları isə 18 yaşdan yuxarı şəxslərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, son illərdə sosial xidmət müəssisələrində təminat səviyyəsi daha da yaxşılaşdırılıb, bu müəssisələrdə, həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və xidmət şəraiti yaradılıb.
Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər.
2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub. layihələr çərçivəsində həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi yönündə müvafiq işlər aparılıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.