www.mlspp.gov.az
Azərbaycanca   English 21.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.01.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 33 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub
 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Qeyd olunan insanların hər birinə fərdi reabilitasiya proqramı əsasında yanaşılıb və müasir texnologiyalardan, səmərəli fizioterapevtik müalicə üsullarından istifadə edilməklə onların sağlamlıqlarının bərpası yönündə müvafiq işlər aparılıb. Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin yalnız tibbi deyil, sosial yönümlü reabilitasiya tədbirlərinə də cəlb olunması, habelə sağlamlıq imkanları məhdud uşaqların tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, 2017-ci ildə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1 193 ədəd əlil arabası, 1 345 ədəd aşağı və yuxarı ətraf protezi, 1 764 ədəd aşağı və yuxarı ətraf ortezi, 9 806 ədəd müxtəlif reabilitasiya vasitəsi, 690 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Hesabat dövründə həmçinin əlilliyi olan şəxslər 1 426 cüt dirsəkaltı ağac, 718 ədəd dördayaqlı dayaq vasitəsi, 4 859 cüt ortopedik ayaqqabı, 2 826 cüt protez ayaqqabı, 265 ədəd ortopedik aparat, 615 ədəd eşitmə aparatı, 1 853 ədəd əsa və s. ilə təmin edilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 749 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir olunaraq yenidən onların istifadəsinə təqdim olunub.
Ümumilikdə Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il ərzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 33 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.