www.mlspp.gov.az
Azərbaycanca   English 21.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
26.12.2017

Ağdam və Ağcabədi rayonlarında bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri verildi (VİDEO)

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirləri Ağdam və Ağcabədi rayonlarında davam etdirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki rayonda inşa etdirilmiş  9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4,  Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, cari ildə də ölkəmizdə bütün sosial proqramların uğurlu icrası təmin olunub. Sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər, onların pensiya və müavinətlərlə, müvafiq təbəqələrdən olan vətəndaşların Prezidentin aylıq təqaüdləri ilə təminatı, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası və digər sahələrdə işlər uğurla davam etdirilib. Mühüm sosial proqramlardan biri olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi istiqamətində də növbəti məqsədyönlü addımlar atılıb.

Ağdam və Ağcabədi rayonlarında yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirlərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı  işlərinin davamı kimi, cari ildə nazirlik tərəfindən 55-ə yaxın rayon və şəhərdə yeni fərdi yaşayış evləri, habelə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər bu təbəqələrdən olan insanlara təqdim edilib. Ağdam və Ağcabədi rayonlarında bu sahədə məqsədyönlü işlər aparılır. 2014-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər iki rayonda əlavə olaraq 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini  Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.