www.mlspp.gov.az
Azərbaycanca   English 16.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
19.12.2017

Bu ilin 11 ayında fərdi uçot sistemində əlavə olaraq 185 663 nəfər şəxs qeydiyyata alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.
Cari ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, 01 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.
Ölkəmizdə 2006-cı ildən etibarən  fəaliyyət göstərən fərdi uçot sistemi  qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunan şəxsə uçot dövründə  daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən istifadə etməklə  vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.