www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.12.2017

Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı işləri davam etdirilir (VİDEO)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası ilə bərabər, həmin insanların əmək bazarına inteqrasiya edilmələrinin dəstəklənməsi və məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu təbəqədən olan vətəndaşlar müxtəlif idarə, müəssisə və təşkilatlarda əmək potensiallarına, bacarıqlarına uyğun olan iş yerləri ilə təmin olunurlar ki, bu da həmin şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.
Əlilliyi olan şəxslərin peşə reabilitasiyası sahəsində işlər də davam etdirilir. Onlar üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir və kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilir. Dövlət Məşğulluq Xidmətinin xətti ilə haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün Xidmətin Əmək Birjaları vasitəsilə qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir hissəsini əlilliyi olan şəxslər təşkil edir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.