www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
08.11.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şabran rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şabran rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, noyabrın 10-dan noyabrın 16-na keçirilib. 

S.Müslümov həmin gün Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz  rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid məsələlərlə (o cümlədən əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb olunma və s.) bağlı müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılacaq,  müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, nazirliyin Ümumi şöbəsinə (012 596 44 07), nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran (023 353 39 48), Siyəzən (023 304 09 04), Quba (023 335 26 15), Qusar (023 385 40 94) və Xaçmaz (023 325 05 25) rayonları üzrə şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.