www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.11.2017

Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərə baxış olub (VİDEO)

Səlim Müslümov:  “Nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən icra olunan 70-dən çox sosial xidmət layihəsindən 67-si məhz uşaqlarla bağlıdır”

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub. 

Tədbir zamanı nazir Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin böyük əksəriyyəti də bu məqsədə yönəlib. Hazırda nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur ki, onlardan 67 layihə məhz uşaqlarla bağlıdır. Eyni zamanda bu layihələrin sayı da ildən ilə çoxalır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında müvafiq təbəqədən olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi üzrə layihələrin sayı bu il ötən illə müqayisədə iki dəfədən çoxdur. Bu layihələr çərçivəsində sosial xidmətlərlə əhatə olunan uşaqların sayı  iki dəfədən çox artaraq 4046 nəfərə çatıb”.

S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan layihələr çərçivəsində hazırda 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin məqsədilə günərzi xidmət mərkəzləri yaradılıb: “Həmçinin  sosial sifarişlər üzrə layihələrə uyğun olaraq 23 rayonda  sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri mərkəzi, 22 rayonda isə sosial reabilitasiya xidmətləri mərkəzi, 2 surdoloji mərkəz, autizm sindromlu uşaqlar üçün 2 reabilitasiya mərkəzi və s.  fəaliyyət göstərir. Müvafiq layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial-psixoloji yardımın  göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi, sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və digər istiqamətlərdə də işlər aparılır.”

Nazir bildirib ki, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat işinin gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi və s. də layihələr üzrə görülən işlər sırasındadır: “Layihələr üzrə aparılan işlərə daim nəzarət həyata keçirilir. Nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində 100 nəfərə qədər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Bu təşkilat tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində müvafiq layihə üzrə aparılan işləri, uşaqlara göstərilən xidmətlərin səviyyəsini müsbət dəyərləndirmək olar”.

Daha sonra S.Müslümov “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasovanın uğurlu iş təcrübəsi ilə seçildiyini diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2016-cı il 1 mart tarixli  Sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Validə Abbasova olub”. Nazir Validə Abbasovaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətləri nəzərdən keçirilib.

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.