www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
30.10.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha 16 nəfər işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün  aktivlər (mal və materiallar) təqdim olunub.

Beləliklə, nazirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı artıq 1150-yə çatıb. Proqram iştirakçılarının 300 nəfərə qədərini qadınlar, qalanlarını kişilər təşkil edir. Eyni zamanda, 280 nəfər gənc, 60 nəfər əlilliyi olan şəxs də özünüməşğulluq proqramına cəlb olunub.

Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir. 

Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb.  Digər tərəfdən, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, bu sektorda məhsul istehsalının artımını da stimullaşdırır. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti ildən özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayı dəfələrlə artırılacaq. 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi ilə formalaşan maliyyə resurslarının əhəmiyyətli bir hissəsi məhz aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması prosesinin əhəmiyyətli şəkildə genişləndirilməsinə yönəldiləcək.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.