www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.10.2017

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti respublikamızın 52 rayonunda Əmək yarmarkaları keçirib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Əmək yarmarkaları keçirilib.

Yarmarkalarda aidiyyəti rayon və şəhərlərin ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri təqdim edilib, işaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində 3705 nəfər şəxsə öz seçimləri üzrə, habelə peşə bacarıqlarına və əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə (o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan  və işə düzəlməkdə çətinlik çəkən 100 nəfərə yaxın şəxsə kvota əsasında ayrılmış iş yerlərinə) göndərişlər verilib. Bu günə olan məlumata əsasən göndəriş verilən şəxslərdən artıq 80 faizinin göndərildikləri iş yerlərində məşğulluğu təmin olunub. Əmək yarmarkalarında 194 nəfər şəxsə isə ödənişli ictimai işlərə göndəriş verilib. Həmçinin peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyən 245 nəfər vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

İlin sonuna kimi respublikamızın digər rayon və şəhərlərində də Əmək yarmarkalarının təşkili nəzərdə tutulub. 

Ümumilikdə cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib, Xidmətin xətti ilə 2 698 nəfər şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 215 nəfər gənc peşə hazırlığı və əlavə təhsil kurslarına qəbul olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.