www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.10.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 101 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib

Bu il nazirlik  1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətini təşkil edib 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən daha 101 nəfər əlilliyi olan şəxs xüsusi  ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb.

Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin ötən dövründə 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib. Onlardan 466 nəfəri Lənkəran, 550 nəfəri Xaçmaz (Nabran), 250 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib. 

Əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri, bu təbəqədən olan insanlara xüsusi diqqət və qayğı göstərilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun əsas prioritetlərindən olduğu vurğulanıb. Bildirilib ki, əlilliyi olan vətəndaşların reabilitasiya tədbirlərinə cəlb olunması yönündə də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 601 nəfər  əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, əlilliyi olan şəxslərə  ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Pensiya və sosial müavinətlərlə, sosial xidmətlərlə təmin olunanların da mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Əlilliyi olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri 1215 nəfər sağlamlıq imkanları məhdud gənc üçün peşə hazırlığı kursları təşkil olunub.

Yola salınan əlilliyi olan şəxslər onların maddi təminatlarının gücləndirlməsinə, tibbi-sosial reabilitasiya və cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasına, eləcə də ölkəmizin gözəl təbiətə malik bölgələrində istirahətlərinin təşkil olunmasına  görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.