www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
20.10.2017

Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illiyi ilə əlaqədar  nazirlikdə “Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə  aidiyyəti hökumət qurumlarının, ölkəmizin ali təhsil müəssisələrinin və Vilnus (Litva) Universitetinin nümayəndələri, həmçinin Litva və Moldovadan olan ekspertlər və b. iştirak edib.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizdə innovasiya yönümlü iqtisadiyyatın formalaşmasına, dayanıqlı makroiqtisadi inkişafa, layiqli əmək konsepsiyasının reallaşdırılması şəraitində əmək məhsuldarlığının artırılmasına, əmək bazarında inkişaf meyllərinə imkan yaratdığını vurğulayıb: “Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın daha iki pillə irəliləyərək 140-a qədər ölkə sırasında 35-ci yerdə, o cümlədən əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşması respublikanın inkişafında əldə olunan uğurlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyini təsdiq edir. Bu ilin 9 ayında qeyri-neft iqtisadiyyatında 2,5 faiz,  qeyri-neft sektorunun sənaye hissəsində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz, xarici ticarət dövriyyəsində 7 faiz artıma nail olunması qlobal miqyasda böhran proseslərinin mövcud olduğu  şəraitdə də Azərbaycanın uğurlu iqtisadi şaxələndirməyə əsaslanan inkişaf dinamikasını davam etdirdiyini göstərir”.

Nazir müavini dövlət başçısının tapşırıqlarına əsasən aparılan sistem xarakterli islahatların ölkədə yeni çağırışlara cavab vermək potensialına və yoxsulluğun azaldılmasında mühüm rola malik olan, əhatəliliyi ilə seçilən, etibarlı və şəffaf sosial müdafiə sisteminin qurulmasına səbəb olduğunu qeyd edib. İ.İsayev hazırda sosial müdafiə siyasətində aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə çıxışının dəstəklənməsinə yönələn aktiv tədbirləri diqqətə çatdırıb: “Əmək və sosial müdafiə sahəsində həyata keçirilən siyasət, bu sahələrin təkmilləşdirilməsi üçün aparılan islahatlar ilk növbədə elmi əsaslara söykənir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi əmək və sosial müdafiə sahəsində dövlət siyasətinin elmi-metodoloji əsaslarının işlənilməsinə, bu sahədə aktual məsələlərlə bağlı elmi araşdırmaların aparılmasına öz dəyərli töhfələrini verir. Mərkəzdə əmək münasibətləri, əmək bazarı, məşğulluq, həyat səviyyəsinin öyrənilməsi,  sosial təminat, demoqrafiya, əhali sakinliyi, proqnozlaşdırma və s. istiqamətlərdə aparılan elmi-tədqiqat işləri həmin sahələrdə inkişaf yönümlü islahatların uğurla həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir”.

İ.İsayev Mərkəzin elmi potensialının gücləndirilməsi, gənc elmi işçilərin Mərkəzə cəlb edilməsi yönündə mühüm işlərin görüldüyünü qeyd edib. Nazir müavini diqqətə çatdırıb ki,  doktorantura və dissertantura yolu ilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edən Mərkəzin “Əmək və Sosial problemlər” adlı elmi əsərlər toplusu elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlər sırasındadır: “Əmək və sosial müdafiə sahələrində çalışan kadr heyətinin ixtisaslarının artırılması, bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün də Mərkəzdə işlər görülür, nazirliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının mütəmadi olaraq ixtisaslarının artırılması məqsədilə mütəmadi kurslar təşkil edilir. Hazırda Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində “Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kursları davam edir və cari ilin sonunadək bu kurslara pensiya sistemində çalışan 300 nəfərədək mütəxəssisin cəlb olunması nəzərdə tutulub. Eyni zamanda, Mərkəzdə aidiyyəti sahələr üzrə metodik vəsaitlərin hazırlanması istqiamətində də müvafiq işlər aparılır”.

Konfransda Mərkəzin direktoru Vüqar Həsənov “Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illik fəaliyyətinə baxış” və Azərbaycan Texniki Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Ramiz İsgəndərov “İnsan kapitalının inkişafında təhsilin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə həmçinin Vilnus Universitetinin (Litva) əməkdaşı Audrius Bitinasın (“Yeni Litva sosial modeli: davamlı sosial inkişaf və zəmanətlərə doğru”), Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi (ADİU) iqtisad elmləri doktoru, professor Fərhad Rəhmanovun (“Müasir dövrdə sosial sferanın innovasiyalı idarə edilməsinin təkmilləşdirilməsi”), Avropa İttifaqının SOCİEUX proqramının Moldova və Litvadan olan ekspertləri Roman Banari və Edita Satienenin (“Əlilliyi olan insanların işləmək hüquqları və imkanları, problemləri və perspektivləri) ADİU-nun əməkdaşı iqtisad elmləri doktoru, professor Fazil Hacıyevin (“Azərbaycanın müasir sosial-iqtisadi inkişafının təhlili və prespektivləri”), Bakı Dövlət Universitetinin əməkdaşı, hüquq elmləri doktoru Mayis Əliyevin (“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında qanunvericiliyin inkişafında rolu”), habelə Mərkəzin ayrı-ayrı dissertantlarının və digərlərinin çıxışları dinlənilib, müzakirələr aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.