www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
31.08.2017

Gələn ay respublikamızın 22 rayon və şəhərində Əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən Əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.
   Belə ki, gələn ay Qusar, Sabirabad, Lerik, Tərtər, Biləsuvar, Astara, Bərdə, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ucar, Ağdaş, Tovuz, Yardımlı, Lənkəran, Goranboy, Abşeron,  Naftalan rayon və şəhərlərində Əmək yarmarkalarının təşkili üçün işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Bu aktiv məşğulluq tədbirlərində həmin rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrindəki boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də təqdim olunacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi Əmək yarmarkalarında vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.
   Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 18 rayon və şəhərdə Əmək yarmarkaları keçirilib. Bu tədbirlər zamanı 470 müəssisə üzrə 4900-a yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. 1165 nəfərə vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan böyük əskəriyyətinin həmin iş yerlərində məşğulluğu təmin olunub. Həmçinin yarmarkalarda 107 nəfər  peşə hazırlığı və əlavə təhsil kurslarına, 103 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.