www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - cı il
Xəbər lenti

Yeni Azərbaycan Partiyasının əsas ideyası olan sosial dövlət prinsipi sosial ədalətin bərqərar edilməsini vacib şərtə çevirmişdir                    Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparılır

İctimaiyyətlə əlaqələr / Xəbərlər
16.08.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabirabad və İmişli rayonlarında yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib (VİDEO)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. 

Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həmin rayonların İcra Hakimiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.      

Tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində bu təbəqələrdən olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müasir tələblərə uyğun yeni mənzillərlə təmin edilmələri istiqamətində də məqsədyönlü işlər görülür. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, son iki ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. O cümlədən cari ildə nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli və digər rayonlarda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edib.   

Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli və fərdi yaşayış binalarının inşası, eyni zamanda hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının artırılması də daim diqqətdə saxlanır. Belə ki, Qarabağ müharibəsi əlilləri aylıq əmək pensiyası və ya sosial müavinətlə, həmçinin bu təbəqədən olan vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına, əmək pensiyası almayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin  minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Qeyd edək ki, evlərdən 3 ədədi Sabirabad rayonunda Qarabağ müharibəsi əlillərinə, 2 ədədi isə İmişli rayonunda şəhid ailələrinə təqdim olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.