www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
10.08.2017

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 272  nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları, peşəyönümü tədbirləri təşkil edib

   Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına,  peşəyönümü tədbirlərinə ümumilikdə  65 272  nəfər cəlb olunub.  
   Onlardan 2 476 nəfəri üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Avtomobil təmiri üzrə çilingər, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, kompyuter istifadəçisi, dərzi və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə peşə sertifikatları təqdim olunub. Qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 155 nəfər gənc qəbul edilib. Burada gənclərə yeni peşələr öyrədilməklə yanaşı, onların dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlərlə təminatı  da  həyata keçirilib.
   Gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsi onların gələcəkdə əmək bazarına inteqrasiyasında və əmək bazarının tənzimlənməsində xüsusi önəm kəsb edir. Bu məqsədlə aparılan işlərin davamı olaraq, cari ilin yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 62 641 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.