www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.08.2017

Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

   Ötən ay “Elektron hökumət” portalına müraciətlərin 31,2  faizi və ya 780 152-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub

   Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni  780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.
   Əvvəlki aylarda olduğu kimi, iyul ayında da Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və s. e-xidmətləri vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlərdən olublar.
   Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti də yüksək istifadə göstəricisi (278 767 müraciət) ilə diqqəti cəlb edib ki, bu da həmin e-xidmətə böyük sosial tələbin olmasından, onun ictimai əhəmiyyətindən xəbər verir. Cari il aprelin 1-dən istifadəyə verilən bu e-xidmət sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkili işlərinin davamı olaraq, bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin xeyli sadələşdirilməsinə imkan verib. Nazirliyin “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi” və s. e-xidmətləri də vətəndaşların maraq dairəsindədir.
   Ümumilikdə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.