www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.08.2017

Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər  17 471  protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

   Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.
   Onlardan 411 ədədini əlil arabası, 683 ədədini  aşağı və  yuxarı  ətraf  protezi,  1 056 ədədini aşağı və yuxarı ətraf ortezi, 341 ədədini bel və boyun nahiyəsi üçün korset, 5 236 ədədini müxtəlif reabilitasiya vasitələri, 754 ədədini dirsəkaltı ağac, 368 ədədini dördayaqlı dayaq vasitəsi təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 1 464 cüt protez ayaqqabı, 2 722 cüt ortopedik ayaqqabı, 477 cüt qoltuqaltı ağac, 1 008 ədəd əsa, 111 ədəd ortopedik aparat, 243 ədəd eşitmə aparatı və s. verilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 443 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.
   Ümumilikdə yanvar-iyul aylarında  5 714  nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 697 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Qeyd olunan dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 351 nəfər əlilliyi olan şəxs protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, habelə serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.