www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
25.07.2017

Bu il fərdi uçot sistemində əlavə olaraq 124 770 nəfər şəxs qeydiyyata alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ildə də artmaqda davam edir.

Cari ilin yanvar-iyun aylarında fərdi uçot sistemində əlavə olaraq 124770 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (98 995 nəfər) ilə müqayisədə 25 775 nəfər və ya 26 faiz çoxdur. Beləliklə, 01 iyul 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 279 149 nəfər) ilə müqayisədə 217 529 nəfər və ya 6,6 faiz artaraq 3 496 678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5 faizini kişilər, 40,5 faizini  qadınlar təşkil edir.

Azərbaycanda 2006-cı ildə qurulmuş müasir sığorta-pensiya sisteminin aparıcı komponenti kimi fəaliyyət göstərən fərdi uçot sistemi işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsində iştirak etməsinə şərait yaradıb. Bu məqsədlə vətəndaşlara fərdi şəxsi hesablarında pensiya kapitallarını formalaşdırmaq imkanı verilib. Sistemdə fərdi şəxsi hesabı olanların sayının mütəmadi artımı da vətəndaşların bu sahədə aktiv iştiraka marağını göstərir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış  hər bir vətəndaşa öz fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.