www.mlspp.gov.az
Azərbaycanca   English 19.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
21.07.2017

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 33 654  nəfər nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaşmünasib işlərlə təmin edilib.  

Həmin şəxslərdən 8 076 nəfərini qadınlar, 10 432 nəfərini gənclər təşkil edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişaf təmin edilməklə bərabər, iqtisadi şaxələndirmənin genişləndirilməsi, əmək tutumlu yeni müəssisələrin yaradılması şəraitində yeni iş yerlərinin açılması daimi prosesə çevrilib. Nəticədə əmək bazarında qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginliyin qarşısının alınması, bu sahədə sabitliyin qorunub saxlanması təmin edilib. Bunun əyani göstəricisi kimi, cari ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz, işsiz statusu verilənlərin sayında 30,8 faiz azalma qeydə alınıb.

Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilmiş aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.

Hesabat dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən  işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün görülən işlərin davamı olaraq,  son 6 ayda 2 286  nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub.

Natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən şəxslərin müvafiq işlərlə təminatı da davam etdirilib. Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən əhalinin, eləcə də ayrı-ayrı iş adamlarının sifarişləri əsasında  1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.