www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.07.2017

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5,2 milyona yaxın müraciət qeydə alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması həmin sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizmlərinin formalaşmasına səbəb olmaqla, vətəndaşlara aidiyyəti dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəraitdə faydalanmağa imkan verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir ki, bu e-xidmətlərə cari ilin iyun ayında  ötən ilin müvafiq dövrünə (470 204 müraciət) nisbətən 30,3 faiz  çox olmaqla 612 718 müraciət qeydə alınıb. Bu isə ötən ay “Elektron hökumət” portalına edilən müraciətlərin (2 229 065 müraciət) 27, 5 faizini təşkil edir.

Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, “Sığortaolunanlara məlumatların verilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və digər e-xidmətləri daha çox müraciət olunan  e-xidmətlər sırasındadırlar. Həmçinin uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə və uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaedənin uçot nömrəsinin öyrənilməsi, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təqdim edilməsi və müvafiq əhali təbəqələri üçün əlçatanlığının təmin olunması həmin e-xidmətlərin vətəndaşların daim maraq dairəsində olmasını şərtləndirir.

Ümumilikdə cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə  5 milyon 190 min 229 müraciət qeydə alınıb. Hazırda nazirlik tərəfindən aidiyyəti sahələr üzrə elektron xidmətlər şəbəkəsinin  genişləndirilməsi işləri davam etdirilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.